ÇL: Foden həftənin ən yaxşısı seçildi
07.11.2025 - 00:53
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Fil Foden həftənin ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda Viktor Osimhen ("Qalatasaray"), Karlos Forbs ("Brügge") və Mikel Merinonu ("Arsenal") qabaqlayıb.
Qeyd edək ki, Fil Foden "Mançester Siti"nin "Borussiya"nı 4:1 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub və 2 qol vurub.
- 10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR
- 2 boksçumuz dünya çempionatında növbəti mərhələdə
- Saşa Yunisoğlu: “Təəssüflər olsun ki, bu nəsil də biabırçı hesabla uduzur” - MÜSAHİBƏ
- "Arsenal"a daha bir zərbəni autsayder vurdu
- Paraüzgüçümüz finala yüksəlib
0
0