ÇL: “Şelburn” və “Ludoqorets” növbəti mərhələdə - YENİLƏNİB
17.07.2025 - 01:21
ÇL: “Şelburn” və “Ludoqorets” növbəti mərhələdə - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

 

Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

“Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi də bu matçlardan sonra müəyyənləşib. “Şelburn” “Linfild”lə 1:1 hesablı heç-heçə edib və ümumi nəticədə üstün olaraq “Qarabağ”ın növbəti mərhələdəki rəqibi olub.

Digər oyunda isə Minsk “Dinamo”su Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb və bu nəticə ilə Bolqarıstan təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları

16 iyul

22:45 Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) 2:2
İlk oyun 0:1

22:45 Linfild (Şimali İrlandiya) – Şelburn (İrlandiya) 1:1
İlk oyun 0:1