DÇ-2026: Fransa 1/4 finalda - YENİLƏNİB
05.07.2026 - 03:04
DÇ-2026: Fransa 1/4 finalda - YENİLƏNİB

2026-cı il dünya çempionatında bu gün 1/8 final mərhələsinin oyunlarına start verilib. 

Apasport.az xəbər verir ki, günün son qarşılaşmasında Fransa və Paraqvay milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayıb. 

Oyunun ilk hissəsində hesab açılmayıb. 

Fransa axtardığı qolu 70-ci dəqiqədə vura bilib. Kilian Mbappe penaltidən dəqiq oynayıb.

Matç 1:0 hesabıyla başa çatıb və Fransa millisi adını 1/4 final mərhələsinə yazdırıb. 

Avropalıların bu mərhələdə rəqibi Mərakeş yığması olacaq. 

Qeyd edək ki, Fransa 1/16 final mərhələsində İsveçi, Paraqvay isə Almaniyanı məğlub etmişdi.

DÇ-2026
1/8 final
5 iyul

01:00. Paraqvay – Fransa 0:1

Qol: K. Mbappe (pen), 70

Paraqvay: Hil, Kaseres, Velaskes, Qomes, Alderete, Alonso, Dieqo Qomes, Kubas, Qalarsa, Almiron, Ensiso

Fransa: Menyan, Din, Saliba, Upamekano, Kunde, Rabyo, Kone, Barkola, Olise, Dembele, Mbappe