DÇ-2026: Uruqvay qələbə axtarışında - YENİLƏNİR
26.06.2026 - 16:22
DÇ-2026: Uruqvay qələbə axtarışında - YENİLƏNİR

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə H qrupunun iki görüşü baş tutacaq. 

Uruqvay millisi İspaniya ilə qarşılaşacaq.

Qrupun digər matçında isə Kabo-Verde Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək.

Hər iki matç Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

DÇ-2026
H qrupu, III tur
27 iyun
04:00. Uruqvay - İspaniya
04:00. Kabo-Verde - Səudiyyə Ərəbistanı