DÇ-26: İspaniya millisinin hücumçusundan antirekord: 30 dəqiqə topa toxunmadı
16.06.2026 - 11:38
DÇ-26: İspaniya millisinin hücumçusundan antirekord: 30 dəqiqə topa toxunmadı

İspaniya millisinin hücumçusu Mikel Oyarsabal DÇ tarixində kuryoz göstərici ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Bask futbolçu DÇ-2026-nın qrup mərhələsində Kabo-Verde ilə matçda oyunun ilk 30 dəqiqəsində topa ümumiyyətlə toxunmayıb. Start heyətində meydana çıxan hücumçu 31-ci dəqiqədə ilk dəfə topla təmas edib.

Beləliklə, Oyarsabal dünya çempionatları tarixində oyunun ilk yarım saatını topa toxunmadan keçirən ilk futbolçu olub. Bu statistikanın mundiallarda 1966-cı ildən aparıldığı bildirilir.

Qeyd edək ki, İspaniya – Kabo-Verde oyunu 0:0 hesabı ilə başa çatıb. Bu nəticə Kabo-Verdenin dünya çempionatları tarixində qazandığı ilk xal olub.