
Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin bir sıra üzvləri, eləcə də Azərbaycanın federasiyadakı nümayəndələri tutduqları vəzifələrdən istefa veriblər.
Apasport.az saytına verilən məlumata görə, həm Dünya Alpaqut Federasiyasındakı azərbaycanlı təmsilçilər, həm də Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyində olanlar kütləvi şəkildə istefa verib.
İstefa verən şəxslərin siyahısını sizə təqdim edirik:
DAF rəhbərliyi:
Prezident – Jalə Əhmədova
1-ci vitse-prezident – Könül Nurullayeva
Vitse-prezident – Anar Qurbanov
İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova
Katibliyin rəhbəri – Tünzalə Əzimova
Azərbaycan nümayəndəliyi:
Prezident – Fuad Quliyev
1-ci vitse-prezident – Mehman Səfərov
Vitse-prezident – Davud Davudov
Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova
Məlumata əsasən, bu addımın səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqları olub.
- Nikola Yokiçin gecəsi: NBA-da günün nəticələri
- Qurban Qurbanov: “Azarkeşlərimizi sevindirməyə çalışacağıq”
- FİFA-nın yeni layihəsi bizə nə qatacaq? - Futbol ictimaiyyətinin fikirləri
- İdman Mövzulu Ən Yaxşı Sənədli Filmlər. İzləməli Olduğunuz 15 Film
- Əliyar Ağayev Yunanıstan Superliqasının oyununu idarə edəcək