Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında medalsız qalıb.
Apasport.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçisi olduğu komanda üçüncü yer uğrunda görüşdə Macarıstan millisinə məğlub olub.
Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə rəqib 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Rumıniyaya 0:2 hesabı ilə uduzub.
Yığma daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Çexiya komandalarını 4:2, Slovakiya seçməsini isə 3:2 hesabı ilə məğlub edib. Rumıniya ilə görüş isə 3:3 hesabı ilə başa çatıb.