"Arsenal" "Real Madrid"in ulduz futbolçusu Vinisius Junioru transfer etmək üçün bütün imkanlarını səfərbər edib.
Apasport.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Mənbənin iddiasına görə, London təmsilçisi braziliyalı vinger üçün 146 milyon avrodan çox transfer haqqı ödəməyə hazırdır.
Bu keçid baş tutacağı halda İngiltərə futbolu tarixinin ən bahalı transferlərindən biri olacaq.
Bundan başqa, "Arsenal" Vinisiusu transfer etsə, 25 yaşlı futbolçunu komandanın ən yüksək maaş alan oyunçusu edəcək.
Qeyd edək ki, Vinisius Junior ötən mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 58 oyuna çıxıb, 25 qol vurub və 14 məhsuldar ötürmə verib.