Əliyar Ağayev və Elçin Məsiyev KONFRANS LİQASI OYUNUNDA
17.02.2026 - 13:22
Əliyar Ağayev və Elçin Məsiyev KONFRANS LİQASI OYUNUNDA

Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. 

Apasport.az xəbər verir ki, Azərbaycanlı FIFA referisi Konfrans Liqasında pley-off mərhələsinin matçını idarə edəcək.

Ağayev "KuPS Kuopio" - "Lex Poznan" matçına təyinat alıb.

Həmyerlimizə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Ehtiyat hakim FIFA referisi Elçin Məsiyev olacaq.

VAR hakimi İngiltərədən olan Stüart Atuelə Nicat İsmayıllı yardım edəcək.