Emreli oynadı, “Nürnberq” qələbə qazandı
22.12.2024 - 01:29
![Emreli oynadı, “Nürnberq” qələbə qazandı](https://apasport.az/storage/news/2024/december/22/big/676733de8cc42676733de8cc431734816734676733de8cc40676733de8cc41.jpeg)
Almaniya 2-ci Bundesliqasında XVII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" "Braunşveyq"i qəbul edib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Həmyerlimiz matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 78-ci dəqiqədə oyuna daxil olub.
Qeyd edək ki, "Nürnberq" 22 xalla 11-ci pillədə qərarlaşıb.
0
0