Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" səfərdə "Reyncers"lə qarşılaşıb.
Görüşün əsas vaxtı Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb və beləliklə matç uzatmalara gedib.
Uzatma dəqiqələrində də hesab dəyişmədiyi üçün oyunun taleyi penaltilər seriyasında həll olub.
Burda isə daha dəqiq oynayan "Reyncers" rəqibini penalti zərbələrində 3:2 hesabı ilə məğlub etməyi bacarıb və adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, İstanbulda keçirilən ilk görüş Şotlandiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
UEFA Avropa Liqası
1/8 final
00:00. “Reyncers” - “Fənərbaxça” 0:2
Qollar: S. Şimanski, 45, 73
Pen: 3:2
- "Formula 2": Sıralama turunun qalibi bəlli olub - YENİLƏNİB
- “Neftçi”nin baş icraçı direktoru: “İnkişafı 4 istiqamətdə görürük”
- III MDB Oyunları: Sərbəst güləşçilərimiz 7 medal qazanıblar - FOTO
- Millimiz İslandiyanı məğlub edib - FOTO
- ÇL: “Bavariya” “Real”ı, “Arsenal” “Sportinq”i məğlub etdi - YENİLƏNİB