FİFA: Finalissima yoldaşlıq oyunudur
24.06.2022 - 22:49
Avropa və Cənubi Amerika çempionlarının üz-üzə gəldiyi Finalissimanın FİFA tərəfindən aldığı qiymət bəlli olub.
Apasport.az saytının məlumatına görə, ali futbol qurumu bu İtaliya – Argentina matçına yoldaşlıq oyunu statusu verib.
Yığmaların dünən açıqlanan FİFA reytinqində də qarşılaşma yoxlama xarakterli matç kimi nəzərə alınıb. 3:0 hesablı qələbə qazanan Argentinaya cəmi 10 xal verilib. Bu da yoldaşlıq oyunlarında verilən xalla eynidir.
Qeyd edək ki, İtaliya – Argentina oyunu Londondakı “Uembli”də baş tutub.
- Millimizin üzvü fərqləndi, komandası bir xal qazandı
- “Sabah”dan növbəti xal itkisi, "Səbail"dan ardıcıl dörd qələbə - YENİLƏNİB
- Aqil Nəbiyevin yetirmələri Malta ilə qarşılaşacaq
- Dövlət başçısı: “Komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
0
0