"Real"ın futbolçusu "Napoli"nin radarında
27.12.2025 - 16:55
"Napoli" "Real"ın yarımmüdafiəçisi Franko Mastantuononu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Neapol təmsilçisi 18 yaşlı argentinalı üçün "kral klubu"na 50 milyon avro təklif etməyə hazırdır. Lakin "Real" rəhbərliyi indi istedadlı oyunçusunu satmağa hazır deyil. "Real" Mastantuononun daha yaxşı səviyyədə olacağına inanır.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir.
Bu mövsüm Franko Mastantuono "Real"da 13 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
- “Çelsi”nin sabiq baş məşqçisi ABŞ millisi ilə anlaşıb
- Nuqzar Kvirtiya: “Premyer Liqamızın iki iddialı klubu ilə danışıqlar aparıram” - MÜSAHİBƏ
- Bakıda V "Qələbə qaçışı" təşkil edilib
- Namik Ələsgərov seçim qarşısında: Türkiyəyə qayıda bilər
- "Neftçi"nin sabiq icraçı direktoru ABF-nin icraçı vitse-prezidenti təyin edilib
0
0