İspaniya Superkubokunun finalında "El-Klasiko" olacaq
13.01.2023 - 01:45
![İspaniya Superkubokunun finalında "El-Klasiko" olacaq](https://apasport.az/storage/news/2023/january/13/big/63c0833002a0663c0833002a07167356088063c0833002a0163c0833002a03.jpg)
"Barselona" İspaniya Superkubokunun finalına çıxıb.
Apasport.az xəbər verir ki, "Barselona" Səudiyyə Ərəbistanında keçirilən turnirin yarımfinalında "Betis"ə qalib gəlib.
Tərəflər əsas və əlavə vaxtda hərəyə 2 qol vurub – 2:2. Penaltilər seriyasında "Barselona"nın qapıçısı Mark-Andre ter Şteqenin qurtarışları sayəsində "Barselona" 4:2 qalib gələrək finala adlayıb.
Beləliklə, yanvarın 15-də Superkubokun finalında "El-Klasiko" olacaq. Belə ki, bir gün əvvəl "Valensiya"nı penaltilər seriyasında üstələmiş "Real"la "Barselona" finalda üz-üzə gələcək.
0
0