Jubitananın komandası liderliyini davam etdirir
04.10.2026 - 10:04
Jubitananın komandası liderliyini davam etdirir

“Neftçi”nin legioneri Denzel Jubitana millidə növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, onun şərəfini qoruduğu Surinam yığması KONKAKAF Millətlər Liqasının A divizionunun B qrupunda Qvatemalanı qəbul edib.

Görüşdə hesab açılmayıb.

“Neftçi”nin futbolçusu matça start heyətində başlayıb və 66-cı dəqiqədə əvəzlənib.

Surinam millisi Yamayka, Qvatemala, Honduras, Martinike, El Salvadorun yer aldığı qrupda 3 turdan sonra 7 xalla liderdir.