İspaniya millisinin müdafiəçisi Pau Kubarsi DÇ-2026-nın qrup mərhələsində yüksək ötürmə dəqiqliyi ilə diqqət çəkib.
Apasport.az xəbər verir ki, bu barədə “Sofa Score” məlumat yayıb.
19 yaşlı futbolçu qrup mərhələsinin II turunda Səudiyyə Ərəbistanı ilə keçirilən matçda 99 ötürmədən 98-ni dəqiq yerinə yetirib. Onun bu görüşdə ötürmə dəqiqliyi 99 faiz təşkil edib. Kubarsi matçda 90 dəqiqə meydanda olub.
İspan müdafiəçi daha əvvəl Kabo-Verde ilə oyunda 109 ötürmədən 107-də dəqiq olub.
Beləliklə, Kubarsinin DÇ-2026-nın ilk iki matçındakı ötürmə dəqiqliyi 98,55 faiz təşkil edir. Bu, hazırda turnirdə ən azı 50 ötürmə edən futbolçular arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, İspaniya millisi qrup mərhələsinin III turunda iyunun 27-də Uruqvayla qarşılaşacaq.