İslam Oyunları: Millimiz Uqandanı darmadağın edib - FOTO
08.11.2025 - 14:24
İslam Oyunları: Millimiz Uqandanı darmadağın edib - FOTO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bu gün qadınlardan ibarət Azərbaycan millisi C qrupunun ilk oyununda Uqanda seçməsi ilə qarşılaşıb.

Yığma komandamız rəqibini 8:2 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, millimiz növbətini oyununu sabah Pakistan seçməsinə qarşı keçirəcək.