![Lamdan FIFA-ya tənqid: "Onlar şəxsi mənfəəti üstün tuturlar"](https://apasport.az/storage/news/2022/december/17/big/639dea72eaf9d639dea72eaf9e1671293554639dea72eaf99639dea72eaf9b.jpg)
“Ərəb regionunun öz futbol mədəniyyəti var, onu dünya çempionatının köməyi ilə gücləndirmək olardı".
Apasport.az xəbər verir ki, bunu Almaniya yığmasının sabiq müdafiəçisi Filipp Lam deyib.
O, Qətərin 2022-ci il dünya çempionatına ev sahibliyi etməsini tənqid edib: "Mərakeş 5 dəfə ev sahibi olmaq üçün müraciət edib. Amma FIFA bu ölkədən yan keçərək, futbolun siyasi alət kimi göründüyü Qətərə turniri verdi. Pul dünyanı idarə edir. FIFA və UEFA-nı idarə edənlər şəxsi mənfəəti ümumi mənafedən üstün tuturlar”.
Qeyd ed'k ki? Argentina və Fransa yığmaları arasında dünya çempionatının finalı sabah keçiriləcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyun turnirin əsas stadionu – "Lusail Arena"da keçiriləcək.