
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Xorvatiya çempionu bu mərhələdə Bolqarıstan və ya İrlandiyaya səfər edəcək.
II raundda “Şkupi” ilə qarşılaşacaq zaqreblilər Şimali Makedoniya təmsilçisini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə “Ludoqorets (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Dinamo” – “Şkupi” cütünün qalibi ilk görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da baş tutacaq.
- Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO
- Nihat Məmmədli və Qurban Qurbanov dünya çempionatının finalında
- Azərbaycan İdman Mediasının İrəvanda bayrağımızın yandırılması ilə bağlı BƏYANATI
- "Neftçi"nin futbolçuları "Turan Tovuz"da
- “Qarabağ” “Lex”in baş məşqçisinin postunu laxlatdı