“Malmö”nün futbolçusu: “Bura əminliklə gəlmişik”
02.10.2024 - 18:47
![“Malmö”nün futbolçusu: “Bura əminliklə gəlmişik”](https://apasport.az/storage/news/2024/october/02/big/66fd5d3a6e54466fd5d3a6e545172788050666fd5d3a6e54266fd5d3a6e543.jpeg)
Avropa Liqasının II turunun "Qarabağ" - "Malmö" oyunundan öncə qonaqların futbolçusu Yens Striger mətbuat konfransında iştirak edib.
"Biz uzun yoldan gəımişik. Sabahkı oyun çətin olacaq. Komandada müsbət atmosfer var. Çətin olacaq. Amma uduzmaq niyyətimiz yoxdur".
- Rəqib haqda nə bilirsiz?
- Müəyyən məlumatlarımız var. Bilirik ki, "Qarabağ" güclü komandadır, Avropada güclüdür. Bura əminliklə gəlmişik. "Reyncers"ə qarşı etdiyimiz səhvləri etmək niyyətində deyilik və sabahkı matçda qələbə qazanmaq istəyirik.
0
0