
İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Apasport.az-ın məlumatına görə, “Mançester Yunayted” öz meydanında boyükhesablı qələbə qazanıb.
“Çelsi”nin isə uğursuz çıxışı davam edir. “Zadəganlar” bu dəfə səfərdə "qırmızı şeytanlar“a uduzublar. Qələbə sayəsində “Mançester Yunayted”in növbəti mövsümdə Çempionlar Liqasında oynayacağı dəqiqləşib.
Qeyd edək ki, qazanılan 3 xal “Mançester Yunayted”i üçüncü pilləyə yüksəldib.
32-ci turun oyunu
“Mançester Yunayted” – “Çelsi” – 4:1
Qollar: Kasemiro, 6. Martial, 45+2. Fernandes, 73 (pen.). Raşford, 78 – Joao Feliks, 89.
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Avrokuboklardan kənarda qalan ən dəyərli klublar
- Vadim Abdullayev: "Kimisə özümdən güclü bilmirəm, amma..." - Müsahibə
- "Şamaxı" müdafiəçi ilə müqavilə imzaladı
- Gimnastika millimiz Milanda təlim-məşq toplanışı keçirəcək