"Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi
15.01.2026 - 12:09
“Napoli” “Fənərbaxça”nın futbolçusu Yussuf En Nesirini transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, İtaliya klubu mərakeşli hücumçu üçün İstanbul təmsilçisinə rəsmi təklif göndərib. Bu barədə “TRT Spor” məlmat yayıb.
“Fənərbaxça” oyunçunu satmağa razıdır. En Nesiri isə hələ qərarını verməyib.
Xatırladaq ki, bundan əvvəl Premyet Liqa təmsilçisi "Everton" da "sarı-lacivərdlilər"ə təklif göndərmişdi.
Forvard bu mövsüm 25 oyunda 8 qol vurub.
- İngiltərəli ekspert: “Qarabağ” istəyinə çatacaq”
- Pedro Bikalyo: “Karyeramın ən önəmli oyunu olacaq”
- Azərbaycan Premyer Liqası dünyanın ilk “10-luğ”una düşdü
- "Neftçi"nin futbolçusu Türkiyə və İtaliya klublarının diqqət mərkəzində
- AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir
0
0