
Almaniya yığmasının əfsanəvi futbolçusu Miroslav Kloze klub baş məşqçiliyinə başlayıb.
Apasport.az saytının məlumatına görə, “Bavariya”nın sabiq hücumçusu Avstriyada çalışacaq.
44 yaşlı mütəxəssis “Altax” klubunun baş məşqçisi təyin olunub. Kloze buna görə həyəcanlı olduğunu açıqlayıb: “Danışıqlar tez və asanlıqla keçdi. Bu, doğru yerdə olduğumu göstərən müsbət haldır. Rəhbərliklə ilk söhbətlər açıq idi, burada işləmək istədiyimi dərhal anladım. İndi komanda, klub heyəti və əlbəttə ki, azarkeşlərlə tanış olmaq üçün səbirsizlənirəm”.
Qeyd edək ki, Miroslav Kloze futbolçu karyerasını başa vurduqdan sonra Almaniya millisində baş məşqçinin köməkçisi olub. Daha sonra o, “Bavariya”nın U-17 komandasını çalışdırıb. Hans-Diter Flik Münhen təmsilçisini tərk edənə qədər münhenlilərin əsas komandasında köməkçi işləyib.
- Rusiyalı mütəxəssis: “Bakıda piyada ancaq sürətlə qaçaraq yolu keçə bilər”
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Millimiz məğlub olub
- Azərbaycanın taekvondo klubu Avropa çempionatında ikinci olub
- “Şelburn” - “Qarabağ” matçının biletləri tükənib