Fransa millisinin kapitanı Kilian Mbappe dünya çempionatlarında unikal göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu mundiallarda keçirdiyi 20 oyunun 17-də qələbə qazanıb.
Bu barədə “Opta” məlumat yayıb. Mbappenin qələbə faizi 85-dir. Bu, dünya çempionatlarında azı 15 oyun keçirmiş futbolçular arasında ən yaxşı göstəricidir.
Fransa millisi DÇ-2018-də Danimarka ilə heç-heçə edib – 0:0. DÇ-2022-nin qrup mərhələsində “üçrənglilər” Tunisə 0:1 hesabı ilə uduzub. Həmin turnirin finalında isə Fransa Argentina ilə əsas və əlavə vaxtda 3:3 hesablı heç-heçə etsə də, penaltilər seriyasında məğlub olub.
Qeyd edək ki, Mbappe dünya çempionatlarında ümumilikdə 20 qol vurub və 6 məhsuldar ötürmə edib.