Lionel Messi bir təqvim ilində Argentina millisində vurduğu qollara görə şəxsi rekorda imza atıb.
Apasport.az xəbər verir ki, o, Xorvatiyaya penaltidən fərqlənməklə 2022-ci ildə 16-cı qolunu vurub.
Bundan başqa, 35 yaşlı argentinalı mundialların 1/8, 1/4 və 1/2 final mərhələsində qol vuran 6-cı futbolçu olub. Onadək italiyalı Salvatore Skilaççi (1990), Roberto Baco (1994), bolqar Xristo Stoiçkov (1994), xorvat Davor Şuker (1998) və niderlandlı Vesli Sneyder (2010) bu nəticəyə nail olmuşdu.
Xatırladaq ki, Lionel Messi həm də 11-ci qolunu vuraraq, dünya çempionatlarında qol sayına görə millinin rekordçusu olub.
- Qılıncoynadanlarımız dünya birinciliyini medalsız başa vurublar
- Federasiya prezidenti: “Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq”
- “Kəpəz” sabiq futbolçusunu geri qaytardı
- Azərbaycanlı hakim İspaniyanın oyununa təyinat alıb
- Süleyman İsmayılzadə: “Qızıl medalla qayıdacağıma söz vermişdim”