Messi start 11-də - Argentina - Avstriya heyətlər
22.06.2026 - 20:23
Messi start 11-də - Argentina - Avstriya heyətlər

2026-cı il dünya çempionatının J qrupunda keçiriləcək Argentina - Avstriya oyununun start heyətləri bəlli olub.

Apasport.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martinez, Nahuel Molina, Kristian Romero, Lisandro Martinez, Fakundo Medina, Rodriqo De Paul, Aleksis Mak Allister, Enso Fernandes, Tiaqo Almada, Lionel Messi, Lautaro Martinez.

Avstriya: Aleksander Şlager, Konrad Laymer, David Alaba, Kevin Danso, Ştefan Poş, Ksaver Şlager, Nikolas Seyvald, Marsel Zabitser, Pol Vanner, Romano Şmid, Mixael Qreqoriç.

Qeyd edək ki, Argentina - Avstriya görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.