Millətlər Liqasında II tura yekun vurulur.
Apasport.az saytının məlumatına görə, bu gün turun son 4 oyunu keçiriləcək.
Bu qarşılaşmalar 2 müxtəlif liqanın qruplarında baş tutacaq. Günün ən maraqlı görüşləri A liqasının 4-cü qrupunda təşkil olunacaq. İlk turun qalibləri məğlubları ilə üz-üzə gələcək.
Yarışa böyükhesablı məğlubiyyətlə başlayan Belçika doğma arenasında Polşanı sınağa çəkəcək. Niderland isə yenicə DÇ-2022-yə vəsiqə qazanan Uelsin qonağı olacaq.
DÇ-2022-yə vəsiqə uğrunda pley-off matçları keçirən Ukrayna ilə Şotlandiya B liqasında ilk oyunlarına çıxacaqlar. Ukrayna İrlandiyanın qonağı olacaqsa, şotlandlar Ermənistanı qəbul edəcək.
A liqası, 4-cü qrup
⚽ 22:45. Belçika - Polşa
⚽ 22:45. Uels - Niderland
B liqası, 1-ci qrup
⚽ 22:45. İrlandiya - Ukrayna
⚽ 22:45. Şotlandiya – Ermənistan
- “Neftçi”dən növbəti transfer: Yapondan sonra o da komandaya qoşulur
- Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib
- Basketbolçularımız Serbiyaya yollanıblar
- Yunis Hüseynov: “Neftçi”nin nə istədiyini başa düşmürəm” - Müsahibə
- Vitali Vernidub: “Hər şeydən əvvəl “Neftçi”dir”