Msanqanın millisindən darmadağın
29.03.2026 - 23:35
Msanqanın millisindən darmadağın

“Şamaxı”nın müdafiəçisi Alfons Msanqa “FIFA Series - 2026” turnirində iştirak edib.

Apasport.az xəbər verir ki, o, Tanzaniy komandasının heyətində növbəti matça çıxıb.

Onun şərəfini qoruduğu yığma Makao millisi ilə qarşılaşıb.

Görüş Afrika təmsilçisinin inamlı qələbəsi ilə nəticələnib. Komanda rəqibini 6:0 hesabı ilə darmadağın edib. 

Msanqa bu matçda 45 dəqiqə meydanda olub.