![Paris-2024: Güləşçimiz medal üçün xalçaya çıxacaq - Günün proqramı](https://apasport.az/storage/news/2024/august/07/big/66b3084a24b9866b3084a24b99172300909866b3084a24b9666b3084a24b97.jpg)
Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.
Apasport.az xəbər verir ki, 4 təmsilçimiz bu gün 2 növ üzrə yarışacaqlar.
Taekvondoçumuz Qaşım Maqomedov öz qüvvəsini sınayacaq. O, 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə qarşılaşacaq.
Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yunan-Roma güləşi üzrə yarışlara 1/8 final mərhələsindən başlayacaqlar. Həsrət Misir təmsilçisi Mohamed Eısayed, Rafiq isə macarıstanlı David Losonçi ilə üz-üzə gələcək.
Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.