"Qalatasaray" 1/8 finala çətin qələbə ilə çıxdı
23.12.2022 - 00:16
!["Qalatasaray" 1/8 finala çətin qələbə ilə çıxdı](https://apasport.az/storage/news/2022/december/23/big/63a4c658ded2763a4c658ded28167174306463a4c658ded2363a4c658ded25.jpg)
"Qalatasaray" Türkiyə Kubokunda 1/8 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Keçiörəngücü"nü çətinliklə məğlub edib – 1:0.
41-ci dəqiqədə İsveçrə millisinin hücumçusu Haris Seferoviç penaltini qola çevirə bilməyib. "Sarı-qırmızılılar"ın yeganə qoluna 82-ci dəqiqədə fransalı hücumçu Befetimbi Qomis imza atıb.
Qeyd edək ki, "Qalatasaray" bundan əvvəlki mərhələlərdə "Kastamonuspor"u 7:0 və "Ofspor"u 2:1 məğlub etmişdi.
0
0