“Qalatasaray” nəhayət xal itirdi
17.01.2025 - 23:03

Türkiyə Super Liqasında XX turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.
"Cimbom" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş qarşılıqlı hücumlar şəraitində keçib.
Matçda hesabı hataylılar açıb. Cemali Sertel fərqlənib.
Lakin "sarı-qırmızılılar" bərabərlik topunu vurmağı bacarıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib.
Görüş elə bu hesabla nəticələnib - 1:1.
Qeyd edək ki, "Qalatasaray" 52 xalla liderliyini davam etdirir. Onu 42 xala malik "Fənərbaxça" izləyir.
Türkiyə Super Liqası
XX tur
"Hatayspor" - "Qalatasaray" 1:1
- Vinisius "Çelsi"dən daha çox cərimə meydançasında topla oynayıb
- 6 kateqoriyada qaliblər müəyyənləşəcək
- Benitez: “İngiltərədən bəzi təkliflərim var”
- Cinsi xarakterli cinayətlərdə şübhəli bilinən futbolçu meydana döndü
- 10 yaşında futbola getdi, müəlliminə maşın aldı, ermənini nokauta göndərdi - ONU TANI
0
0