“Qarabağ”ın rəqibindən inamlı qələbə
23.11.2024 - 14:28
![“Qarabağ”ın rəqibindən inamlı qələbə](https://apasport.az/storage/news/2024/november/23/big/6741ae6db232f6741ae6db233017323577416741ae6db232d6741ae6db232e.jpeg)
Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Elfsborq" yoxlama görüşündə qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, komanda "Yurqorden"lə üz-üzə gəlib.
Qarşılaşma "Elfsborq"un 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Sarı-qaralar"ın qollarını Emil Holten, Maykl Baydu və Lüdviq Rixtner vurub.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında "Elfsborq"la dekabrın 13-də səfərdə qarşılaşacaq.
0
0