![Ronaldo Messini keçdi](https://apasport.az/storage/news/2022/november/24/big/637fabb94bf6f637fabb94bf701669311417637fabb94bf6d637fabb94bf6e.jpeg)
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo tarix yazmağa doymur.
Apasport.az saytı xəbər verir ki, DÇ-2022-nin ilk turunda Qana ilə görüşdə hesabı açan 37 yaşlı forvard 5 mundialda qol vuran ilk futbolçu adını qazanıb.
Bu, Ronaldonun mundiallarda vurduğu 8-ci qol olub. Təcrübəli hücumçu 2006, 2010 və 2014-cü illərdə keçirilən turnirlərin hər birində 1 qolla yadda qalıb. DÇ-2018-də isə rəqib qapılarına 4 dəfə yol tapıb.
Daha əvvəl Pele, Uve Zeeler, Miroslav Kloze və Lionel Messi 4 dünya çempionatında qol sevinci yaşayıb.
Qeyd edək ki, hazırda Portuqaliya - Qana matçında hesab bərabərdir - 1:1.
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
- “Apasport” KUPONU
- Kristensen əməliyyat olunub
- Yığmamızın futbolçusu: “İnanıram ki, Şimali İrlandiyaya qalib gələcəyik” - MÜSAHİBƏ
- “Savadalens”in futbolçusu: “Azərbaycanda 1-2 klub var ki, təklif olsa, gözdən keçirmək mümkündür” - MÜSAHİBƏ