Kriştianu Ronaldonun müqaviləsində "Nyukasl"a keçmək nəzərdə tutulmayıb.
Apasport.az xəbər verir ki, dünən İspaniyanın "Marka" nəşri futbolçu ilə "Əl-Nəsr" arasındakı razılaşmanın şərtlərinə görə, "sağsağanlar" bu mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanarsa, Ronaldonun icarə əsasında "Nyukasl"a keçə biləcəyini yazıb.
Ancaq ESPN Səudiyyə klubundakı mənbəyə istinadən yaydığı məlumata görə, bu məlumatın yanlış olduğunu müəyyən edib.
Kriştianunun keçidinin mümkünlüyü xəbərini "Nyukasl"ın baş məşqçisi Edi Hau da təkzib edib: "Kriştianuya fəaliyyətində uğurlar arzu edirik. Lakin bizim nöqteyi-nəzərimizcə, bu doğru məlumat deyil".
Qeyd edək ki, Kriştianu Ronaldo dekabrın sonunda "Əl-Nəsr"ə keçib və 2025-ci ilə qədər müqavilə imzalayıb.
- AVF-dən "Xarı Bülbül Şuşa" və “Xarı Bülbbül Laçın”la bağlı açıqlama
- Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
- AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
- Daşkənddə qızıl və gümüş medal
- Elmar Baxşıyev: "Məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil"