"Sivasspor"a haqsızlıq edildiyi təsdiqləndi
03.01.2023 - 22:55
Türkiyə Mərkəzi Hakimlər Komitəsi "Sivasspor"un "Qalatasaray"la matçda sayılmayan qolunun yanlış verildiyini bildirib.
Apasport.az xəbər verir ki, həmin oyunda iştirak edən VAR hakimi Özgüç Türkalp bir daha oyunlara təyinat almayacaq.
Həmçinin baş hakim Ərkan Özdamar uzun müddət oyunlara təyinat almayacaq.
Qeyd edək ki, dekabrın 29-da keçirilmiş həmin matçda "Sivasspor" öz meydanında "Qalatasaray"a 1:2 uduzub. Komanda 90+9-cu dəqiqədə qırmızı vərəqə alıb.
- İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxardı
- Tahir Gözəl: “İnanıram ki, daha böyük nailiyyətlər əldə edəcəyik”
- Adrian Pit Regekampfın “Neftçi”dən göndərilməsinin səbəbini açıqladı - MÜSAHİBƏ
- "Liverpul" gənc müdafiəçisini İTİRDİ
- Ən gənc 3-cü kapitan, 100-cü argentinalı, heyrətamiz nisbət – ÇL rəqəmlərlə
0
0