Azərbaycanlı hakim Səudiyyə Ərəbistanı çempionatında
03.02.2026 - 14:26
Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
Beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.
Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.
- Təmsilçimiz dünya reytinqində 7-ci pillədə yer alıb
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- "Napoli"nin futbolçusu "Yuventus"la oyunu buraxacaq
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- “Formula-2”: Yolu səhv saldı və...
0
0