Boksçularımız Almaniyadan 6 medalla qayıdır
15.07.2026 - 12:47
Boksçularımız Almaniyadan 6 medalla qayıdır

Almaniya Frankfurt (Oder) şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir başa çatıb. Azərbaycan millisi yarışda 6 medal qazanıb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

U-19 komandamızın heyətində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Sübhan Babayev (60 kq) gümüş, Toğrul Quliyev (60 kq), Şahin Aslanov (65 kq) və Səftər Məmmədzadə (+90 kq) bürünc medala sahib olublar.