Boksçularımız Gürcüstan və Qazaxıstan yığmaları ilə Bakıda hazırlıq keçirlər
01.04.2025 - 13:54

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.
Apasport.az xəbər verir ki, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöldən sonra Bakıda davam etdirilir.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Gürcüstan və Qazaxıstan milliləri də iştirak edirlər. Birgə məşqlər aprelin 10-da yekunlaşacaq.
0
0