Kadetlər arasında zona birinciliyinin final mərhələsi keçiriləcək
21.05.2024 - 09:58
![Kadetlər arasında zona birinciliyinin final mərhələsi keçiriləcək](https://apasport.az/storage/news/2024/may/21/big/664c35b2201b5664c35b2201b61716270514664c35b2201b3664c35b2201b4.jpeg)
Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək.
Federasiyanın mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Yarışda 56 komandanın 220 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.
Döyüşlər bu gün, saat 14:00-da start götürəcək. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.
Qeyd edək ki, yarışın baş hakimi Anar Nağdiyev olacaq.
0
0