“Milan”dan yeni transfer
31.03.2026 - 16:10
"Milan" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Partizan"da çıxış edən Andrey Kostiçin keçidini həll edib.
"Qırmızı-qaralar" monteneqrolu forvard üçün Serbiya klubuna 3,5 milyon avro təzminat ödəyəcək. 19 yaşlı hücumçu 1 iyul tarixində "Milan"ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Partizan" Andrey Kostiçi mövsümün əvvəlində "Podqoritsa"dan 900 min avroya transfer edib.
- Okan Buruk: "Türkiyənin ən uğurlu komandasıyıq"
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Millimizin qapıçısı Premyer Liqa klublarının gündəmində
- TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib
- Millimiz Kosovo seçməsinə məğlub olub
0
0