ACF hakim olmaq istəyənlər üçün seminar keçirib
24.09.2024 - 11:23
Azərbaycan Cüdo Federasiyası (ACF) hakim olmaq istəyən gənclər üçün ilk seminar təşkil edib.
Apasport.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir milli komandaların təlim-məşq mərkəzində baş tutub.
Qurumun Hakimlər Komissiyası tərəfindən keçirilən müsabiqədə 35 namizəd seçilib.
Federasiya həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması və saylarının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəklərini bildirib.
- “Mançester Yunayted”in qış transfer hədəfi
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
- Millimiz Millətlər Liqasında ikinci yeri tutub
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- 28 güləşçimiz Avropa çempionatında iştirak edəcək
0
0