Avropa çempionatının ikinci günündə ikinci qızıl medal
06.09.2024 - 17:30
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, millimiz yarışların ikinci günündə ikinci qızıl medalı da aktivinə yazdırıb.
Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.
Bu gün Vüsal Qələndərzadə də (73 kq) qızıl medal qazanıb.
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.
- Valdas Dambrauskas: SƏFƏRDƏ BİZİ ÇƏTİN QARŞILAŞMA GÖZLƏYİR
- "Qalatasaray" rəsmisi MHK sədrini istefaya dəvət edib
- Azərbaycanın oğlan basketbolçulardan ibarət U-20 millisi Tbilisidə iki qələbə qazanıb
- "Real Madrid" ulduz hücumçunu İngiltərə nəhənglərinə sata bilər
- Konfrans Liqası: "Makkabi" 1/8 finalda
0
0