Azərbaycan çempionatında 7 çəkidə qaliblər müəyyənləşib
05.12.2025 - 21:58
Azərbaycan çempionatında 7 çəkidə qaliblər müəyyənləşib

Qadın və kişi cüdoçular arasında keçirilən Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 7 çəki dərəcəsi üzrə 107 cüdoçu mübarizə aparıb.

İlk gündə Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Mədinə Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 7-də yekun vurulacaq.