
15 iyulda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti və məşqçilər üçün seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, təlim zamanı ilk dəfə yeniyetmə cüdoçular arasında keçiriləcək Ne-waza üzrə ACF Kubokunun qaydaları haqqında məlumat verilib və yarışın keçirilmə üsulları geniş şəkildə izah edilib.
Seminar Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən aparılıb. Təlimdə, cüdoçulara hansı hallarda cərimə və ya xəbərdarlıqların verilməli olduğu ətraflı müzakirə olunub və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Bununla yanaşı, aparıcı hakimlərin iştirakı ilə yarışların daha dəqiq və səmərəli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, yeniyetmələr arasında cüdo üzrə Ne-waza ACF Kuboku ilk dəfə olaraq 20 iyulda keçiriləcək. Bu yarış, gənc cüdoçuların cüdo fəndlərinin təkmilləşdirmək üçün əhəmiyyət kəsb edir.
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- Cüdoçularımız Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi altında hazırlaşırlar
- Premyer Liqa: “Aston Villa” “Tottenhem”i evə xalsız yola salır
- Almaniya Kuboku: "Bavariya" "Bayer" səddini keçə bilmədi
- “Canavarlar”ı Avropaya aparan yol - Turindən keçir