Bakıda paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib - FOTO
29.10.2025 - 14:51
Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının əməkdaşlığı çərçivəsində yeniyetmə və gənc paracüdoçularımızın olimpiyaçılarımızla birlikdə məşqləri start götürüb.
Apasport.az xəbər verir ki, bu barədə MPK-nın mətbuat xidməti məlumat yayıb.
Məşqlərdə Azərbaycanın olimpiya çempionları Hidayət Heydərov ilə Zelim Kotsoyev də iştirak edib.
Məşqlərin keçirilməsində məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.
- “Qarabağ”ın rəqibi müəyyənləşdi - YENİLƏNİB
- "Qarabağ" penaltilər seriyasında uduzdu - YENİLƏNİB
- Dünya Təsnifat Turniri: Güləşçilərimizin rəqibləri müəyyənləşdi
- Şahruddinin komandası “Qalatasaray”la matça itkilərlə çıxacaq
- Slavko Georgiyevski “Neftçi”nin nəticələrində günahkarın adını açıqladı - MÜSAHİBƏ
0
0