Böyük Dəbilqə: 2 cüdoçumuz tatamiyə çıxacaq
09.05.2026 - 09:52
Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan “Böyük Dəbilqə” turnirində 2 cüdoçumuz bu gün tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, 1/8 final mərhələsində Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.
70 kq-da mübarizə aparan Südabə Ağayeva isə ilk görüşündə Almaniya təmsilçisi Miriam Butkereyt ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- Prezident minifutbol üzrə milli komandanın üzvlərini qəbul etdi - YENİLƏNİB
- Alkantara futbolçu karyerasını başa çatdıra bilər
- Boksçularımız MDB Oyunlarına hazırlığı Çində davam etdirəcəklər
- Millimiz 18-ci pillənin sahibi oldu
0
0