Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
16.12.2025 - 16:29
Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 88 klub və idman cəmiyyətindən 495 cüdoçu (350 oğlan, 145 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.
Dekabrın 18–20-də fərdi mübarizə, 21-də isə komandalararası yarış baş tutacaq.
Qeyd edək ki, görüşlər hər gün saat 11:00-da start götürəcək.
- Şəhriyar Əliyev: "Kəpəz"lə matç çempionatdakı ən ağır oyunlarımızdan biri olacaq" - Müsahibə
- İlkay Gündoğan “Qalatasaray”da: DETALLAR AÇIQLANDI
- Tete rəsmən "Qalatasaray"dan getdi - Qazandırdığı məbləğ
- Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- İngiltərə Kubokunun 1/8 finalında daha 6 komanda bilindi
0
0