Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında keçiriləcək ölkə çempionatının püşkatma mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri və hakimlər komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov iştirak ediblər.
Rəşad Rəsullu yarışda 60 idman təşkilatından 320-dən çox idmançının mübarizə aparacağını bildiirb. O, bu ilin Azərbaycan cüdosu üçün əlamətdar olduğunu, Olimpiya Oyunlarında, Avropa və Dünya çempionatlarında, eləcə də yeniyetmə və gənclər arasında yarışlarda tarixi nəticələrin əldə edildiyini xatırladıb, bu uğurların həm idmançılara, həm də federasiyanın gələcək fəaliyyətinə yüksək stimul yaratdığını qeyd edib.
Rəşad Rəsullu yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. O, azarkeşləri yarışları arenadan izləməyə dəvət edib.
Natiq Bağırov hakimlərin təcrübəsi və peşəkarlığını vurğulayıb. Yarışların ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edərək bütün idmançılara uğurlar arzulayıb.
Kamran Talıbov püşkatma mərasimində yarış proqramı haqqında məlumat verib, daha sonra püşkatma start götürüb.
Qeyd edək ki, ölkə çempionatı noyabrın 29-dan dekabrın 1-nə dək Bakı İdman Sarayında keçiriləcək.
- Portuqaliyadan 4-cü dəfə
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- Artur Olenin: “Bu qələbə bizim üçün bir təkan olacaq”
- Yuri Vernidub: “Ruhdan düşmək lazım deyil”
- Lyuba Baranin: “Mən hər zaman Azərbaycan futboluna baxıram, məlumatlıyam” - MÜSAHİBƏ