Cüdoçularımızdan 1 qızıl və 1 bürünc medal
21.04.2024 - 13:35
![Cüdoçularımızdan 1 qızıl və 1 bürünc medal](https://apasport.az/storage/news/2024/april/21/big/6624b3d66c4fc6624b3d66c4fd17136813666624b3d66c4fa6624b3d66c4fb.jpg)
İtaliyanın Liqnano şəhərində cüdoçu gənclər arasında Avropa Kubokuna start verlib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.
60 kq çəkidə Nizami İmranov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Musayev (66 kq) isə 3-cü yeri tutub.
Qeyd edək ki, ilk günündə oğlanlar arasında 2 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.
0
0