Cüdoçumuz ikiqat dünya çempionu olub
29.08.2024 - 09:34
Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.
2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.
Məhəmmədəli Hüsiyev (50 kq) isə yarışda bürünc medal əldə edib.
Qeyd edək ki, turnir sentyabrın 1-də başa çatacaq.
- İtaliya millisinin üzvü “Arsenal”ın radarında
- Azərbaycanın gənc qılıncoynadanları Çində dünya birinciliyində iştirak edəcəklər
- Şahin Bağırov Voleybol Federasiyasının prezidenti seçildi
- Blatter və Platininin şərti həbsi tələb olundu
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
0
0